İndoneziya Çindən J-10 döyüş təyyarələri alacaq

İndoneziya Çindən J-10 döyüş təyyarələri alacaq

İndoneziyanın müdafiə naziri Sjafrie Sjamsoeddin ölkənin Hərbi Hava Qüvvələri (HHQ) üçün Çin istehsalı olan “Chengdu” J-10 döyüş təyyarələrinin alınacağını təsdiqləyib.

“Poliqon” “Indonesia Business Post” nəşrinə istinadən xəbər verir ki, bu, son 10 il ərzində İndoneziyanın Çindən edəcəyi ilk böyük müdafiə satınalması olacaq.

Nazirin sözlərinə görə, J-10 döyüş təyyarələri tezliklə Cakarta səmasında uçacaqlar.

Nəşr qeyd edib ki, bu təsdiq İndoneziya Prezidenti Prabovo Subiantonun sentyabr ayında Pekinə rəsmi səfərindən bir neçə həftə sonra gəlib. Həmin səfər zamanı Çin rəhbərliyi ilə müdafiə əməkdaşlığı və təxminən 9 milyard ABŞ dolları dəyərində 42 ədəd “Chengdu” J-10 qırıcılarının mümkün tədarükü əsas müzakirə mövzularından biri olub.

CATEGORIES