Elçin Quliyev: Vətən müharibəsi zamanı DSX qarşısında qoyulmuş döyüş tapşırıqları layiqincə icra olunub

Elçin Quliyev: Vətən müharibəsi zamanı DSX qarşısında qoyulmuş döyüş tapşırıqları layiqincə icra olunub

Vətən müharibəsi zamanı Dövlət Sərhəd Xidmətinin qarşısında Müzəffər Ali Baş Komandan tərəfindən qoyulmuş döyüş tapşırıqları layiqincə icra olunub, istər hava məkanında, istərsə də yerüstü əməliyyatlarda Azərbaycan sərhədçiləri qəhrəmanlıq və şücaət nümunələri göstəriblər.

“Poliqon”un məlumatına görə, bu fikirləri Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Zəfər Günü ilə bağlı keçirilən tədbirdə deyib.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Zəfər Günü münasibətilə şəxsi heyəti təbrik edib, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında  30 illik işğala son qoyularaq ərazi bütövlüyümüzün bərpa olunduğunu, 44 gün davam edən Vətən müharibəsinin Azərbaycanın parlaq qələbəsi ilə başa çatdığını xüsusi vurğulayıb.

Poliqon.az

CATEGORIES
TAGS