Azərbaycan müdafiə nazirinin müavini “Roketsan”ın baş direktoru ilə görüşüb
Azərbaycan müdafiə nazirinin müavini – Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi Aqil Qurbanov Türkiyənin “Roketsan” şirkətinin baş direktoru Murat İkinci ilə görüşüb.
“Poliqon” xəbər verir ki, görüş IDEF-2023 sərgisi çərçivəsində baş tutub.
Bundan başqa, Aqil Qurbanov Türkiyənin “Kale Kalıp” şirkətinin stendini ziyarət edib, onların istehsalı olan silahlarla yaxından maraqlanıb.