Azərbaycan Ordusu Füzuli istiqamətində növbəti təxribatın qarşısını alıb

Azərbaycan Ordusu Füzuli istiqamətində növbəti təxribatın qarşısını alıb

Sentyabrın 10-u saat 09:45 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun Füzuli rayonu istiqamətində yerləşən mövqeləri qarşısında yeni səngərlər qazmağa cəhd göstəriblər.

Bu barədə “Poliqon”a Müdafiə Nazirlyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən tədbirlər nəticəsində aparılan işlər dayandırılıb.

CATEGORIES