Xəbərlər
Azərbaycan Ordusunda kimyəvi kəşfiyyatın aparılması üzrə tapşırıqlar icra edilib

2022-ci ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunda “Ən yaxşı radiasiya, kimyəvi və bioloji mühafizə taqımı” adı uğrunda yarış keçirilib.
Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Yarışda zəhərləyici maddələrin aşkar edilməsi, radiasiya və kimyəvi kəşfiyyatın aparılması üzrə tapşırıqlar icra edilib, həmçinin qoşunların müxtəlif döyüş fəaliyyətləri zamanı hərbi qulluqçuların aerozol maskalanması üzrə praktiki və səhra vərdişləri təkmilləşdirilib.





