Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanın GIDS şirkətini ziyarət edib

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanın GIDS şirkətini ziyarət edib

Pakistanda rəsmi səfərdə olan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti bu ölkənin müdafiə sənayesi sahəsində ixtisaslaşan və hərbi təyinatlı məhsulların ən iri istehsalçılarından olan Qlobal Sənaye və Müdafiə Həlləri (GIDS) şirkətinin qərargahında olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, nümayəndə heyətinə GIDS-in təyinatı və fəaliyyət sahələri haqqında ətraflı brifinqlər təqdim olunub.

Bildirilib ki, müəssisə yerüstü, dənizdə və havada, o cümlədən hava hücumundan müdafiə və inteqrasiya olunmuş sistemlərdə, həmçinin nüvə, bioloji (bakterioloji) və kimyəvi müdafiədə istifadə olunan hərbi təyinatlı məhsullar istehsal edir.

Azərbaycanın Pakistandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Xəzər Fərhadovun da iştirak etdiyi görüşdə maraq doğuran məsələlər ətraflı müzakirə olunub.

Poliqon.az

CATEGORIES
TAGS