LAAD-2025: “Otokar” şirkəti TULPAR PDM-ini Braziliyada sərgiləyir

LAAD-2025: “Otokar” şirkəti TULPAR PDM-ini Braziliyada sərgiləyir

Türkiyənin qlobal quru platformaları ixratcısı olan “Otokar” şirkəti Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən LAAD-2025 sərgisində iştirak edir.

“Poliqon” “Otokar”a istinadən xəbər verir ki, sərgidə şirkət tərəfindən 120 mm-lik “Hitfact Mk2” qülləsi ilə təchiz edilən TULPAR piyada döyüş maşını (PDM) nümayiş olunur.

Bundan başqa, “Otokar” şirkəti LAAD-2025-də qlobal səviyyədə tələb görən quru sistemlərindəki üstün imkanlarını da təqdim edir.

Qeyd edək ki, NATO və BMT tədarükçüsü olan “Otokar”, öz texnologiyası və dizaynı ilə 4×4, 6×6, 8×8 təkərli zirehli nəqliyyat vasitələri, tırtıllı zirehli texnikalar, insansız zirehli maşınlar və qüllə sistemləri istehsal etməklə müdafiə sənayesində qlobal güc olaraq seçilir. Beş qitənin 40-dan çox ölkəsində 33 mindən artıq hərbi maşını xidmətdə olan “Otokar”, dünyanın müxtəlif coğrafiyalarında əldə etdiyi təcrübəni nəqliyyat vasitəsi inkişaf fəaliyyətlərinə əks etdirir. Bu yolla “Otokar” bugünkü və gələcək təhdidlərə qarşı üstün həllər təklif edərək sektorda fərq yaratmağa davam edir.

“Otokar”ın hərbi maşınları modul quruluşu və üstün hərəkət qabiliyyəti ilə seçilir. Bu avtomobillər hətta çətin ərazilərdə belə yüksək performans və təhlükəsizlik təklif etməklə ən kritik missiyalarda lazım olan dəstəyi təmin edir.

CATEGORIES
TAGS