Azərbaycan Ordusunun Baş Qərargah rəisi Serbiyada rəsmi səfərdədir

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Serbiyada rəsmi səfərdədir

Azərbaycan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin Serbiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Milan Moysiloviçin dəvəti ilə bu ölkəyə rəsmi səfəri başlayıb.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən “Poliqon”a verilən məlumata görə, Serbiya Silahlı Qüvvələrinin Baş Qərargahında Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəsmi qarşılanma mərasimi keçirilib.

Fəxri qarovulun qarşısından təntənəli keçiddən sonra Azərbaycan və Serbiyanın Dövlət himnləri səsləndirilib.

General-polkovnik K.Vəliyevin serbiyalı həmkarı ilə görüşü keçirilib.

Görüşdə hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Dana sonra general-polkovnik K.Vəliyev Serbiyanın müdafiə naziri Bratislav Qaşiç ilə görüşüb.

Müdafiə naziri ilə görüşdə hər iki ölkə arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığa dair müzakirələr aparılıb.

Qeyd edək ki, keçirilən görüşlərdə Azərbaycanın Serbiyadakı fövqəladə və səlahiyyətli səfiri Kamil Xasıyev də iştirak edib.

Azərbaycan Ordusunun Baş Qərargah rəisinin Serbiyaya səfəri davam edir.

CATEGORIES
TAGS