Azərbaycan Ordusunun bölmələri atıcı silahlardan atəşə tutulub

Azərbaycan Ordusunun bölmələri atıcı silahlardan atəşə tutulub

Mayın 17-dən 18-ə keçən gecə Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri intensiv atəşə tutulub.

Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən müxtəlif çaplı atıcı silahlardan və pulemyotlardan istifadə edərək Azərbaycan Ordusunun bölmələri atəşə tutub.

Müdafiə Nazirliyindən bildirilib ki, Azərbaycan Ordusu tərəfindən adekvat cavab tədbirləri görülüb.

Poliqon.az

CATEGORIES
TAGS