Azərbaycan Ordusunun hərbçiləri cari ildə 30-dan çox beynəlxalq təlimdə iştirak edəcək

Azərbaycan Ordusunun hərbçiləri cari ildə 30-dan çox beynəlxalq təlimdə iştirak edəcək

2022-ci tədris ilində Azərbaycan Ordusunun hərbi qulluqçularının 30-dan artıq beynəlxalq təlim və yarışlarda iştirakı planlaşdırılır.

Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, “Eternity-2022”, “EFES-2022”, “Sarsılmaz Qardaşlıq-2022”,  “Qış təlimi-2022”, “Beynəlxalq Ordu Oyunları-2022” və digər beynəlxalq təlim və yarışlar bura cəlb ediləcək hərbçilərin qarşılıqlı təcrübə mübadiləsi nəticəsində bilik və bacarıqlarının artırılmasına müsbət təsir edəcək.

Bundan başqa cari il ərzində hərbi qulluqçuların müxtəlif beynəlxalq seminar və konfranslarda iştirakı da nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunda şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində görülən işlər davam etdirilir.

Poliqon.az

CATEGORIES
TAGS