Xəbərlər

Azərbaycan Ordusunun hərbi qulluqçuları AKINCI silahlı PUA istismarı kursunu bitirib

Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu iki qardaş ölkə arasında imzalanmış “Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında” müqavilə çərçivəsində “AKINCI silahlı pilotsuz uçuş aparatının istismarı kursu”nda iştirak ediblər.

Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Türkiyənin “Baykar” müdafiə sənayesi şirkətinin təşkilatçılığı ilə Təkirdağ şəhərində yerləşən Çorlu Təlim Uçuş Mərkəzində keçirilən kursun növbəti buraxılış mərasimi olub.

Mərkəzin rəhbəri Halil Akar təlim mərkəzi haqqında geniş məlumat verib və məzunlara öz arzularını çatdırıb.

Sonda kursu müxtəlif ixtisaslar üzrə müvəffəqiyyətlə bitirən hərbi qulluqçulara sertifikat və hədiyyələr təqdim edilib, xatirə şəkli çəkilib.

Back to top button