Azərbaycan Ordusunun hərbi qulluqçuları NATO kursunda iştirak edib

Azərbaycan Ordusunun hərbi qulluqçuları NATO kursunda iştirak edib

Müdafiə Nazirliyinin NATO ilə 2022-ci il üçün əməkdaşlıq proqramı çərçivəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Macarıstanda keçirilən “Beynəlxalq Hərbi Müşahidəçilər kursu”nda iştirak ediblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, kurs müddətində hərbi münaqişələr zonasında  Beynəlxalq Hərbi Müşahidəçilərin fəaliyyət və davranışlarının öyrədilməsi məqsədilə mühazirələr və praktiki məşğələlər keçirilib.

“Beynəlxalq Hərbi Müşahidəçilər kursu”nu müvəffəqiyyətlə bitirən hərbi qulluqçulara diplomlar təqdim olunub.

Qeyd edək ki, beynəlxalq kursa 15 ölkə üzrə hərbi qulluqçular cəlb olunub.

Poliqon.az

CATEGORIES