Xəbərlər

Azərbaycan Ordusunun Kəlbəcər və Laçında yerləşən mövqeləri atəşə tutulub

İyulun 30-u günorta saatlarından etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları ərazisində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.

Back to top button