Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqeləri minaatanlardan atəşə tutulub

Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqeləri minaatanlardan atəşə tutulub

Mayın 14-ü saat 20:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yenikənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini 60 mm-lik minaatanlardan atəşə tutub.

Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Poliqon.az

CATEGORIES