Azərbaycan Prezidenti Davosda “Damen Shipyards Group” şirkətinin icraçı direktoru ilə görüşüb

Azərbaycan Prezidenti Davosda “Damen Shipyards Group” şirkətinin icraçı direktoru ilə görüşüb

Yanvarın 17-də Azərbaycan Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına səfəri başlayıb.

“Poliqon” Azərbaycan Prezidentinin rəsmi saytına istinadən xəbər verir ki, səfər çərçivəsində yanvarın 17-də Davosda dövlət başçısı Niderlandın “Damen Shipyards Group” şirkətinin icraçı direktoru və səhmdarı Arnout Damen ilə görüşüb.

Söhbət zamanı dövlət başçısının Arnout Damen ilə əvvəlki görüşü xatırlanıb. Arnout Damen Azərbaycanda layihələrin həyata keçirilməsinə başladıqlarını bildirib və görülən işlərdən danışıb.

Prezident İlham Əliyev “Damen Shipyards Group” şirkətinin bu yaxınlarda Azərbaycanda layihələri artıq həyata keçirməyə başlamasından məmnunluğunu bildirib.

Görüşdə Azərbaycanda bu şirkətin daha geniş həcmdə işlər görməsi üçün yaxşı imkanların olduğu vurğulanıb.

Dövlət başçısı Azərbaycanın önəmli tranzit ölkəyə çevrildiyini qeyd edərək, respublikanın ərazisindən keçən yüklərin həcminin 75 faiz artdığını vurğulayıb.

Prezident İlham Əliyev bildirib ki, bütün bunlar nəzərə alınaraq, Azərbaycanda yeni tankerlərin, quru yük gəmilərinin və bərələrin sayının artırılmasına ehtiyac var. Bu sahədə də “Damen Shipyards Group” şirkəti ilə əməkdaşlıq üçün yaxşı potensial mövcuddur.

Görüşdə, həmçinin Azərbaycanın Hərbi Dəniz Qüvvələri üçün də müxtəlif gəmilərin istehsalının mümkünlüyü məsələləri müzakirə edilib.

Poliqon.az

CATEGORIES