Azərbaycan tankçıları yarımfinal mərhələsinə hazırlıqlarını davam etdirir

Azərbaycan tankçıları yarımfinal mərhələsinə hazırlıqlarını davam etdirir

“Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində iştirak edən Azərbaycan  hərbi qulluqçuları yarımfinal mərhələsinə hazırlıqlarını davam etdirirlər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, Azərbaycan tankçıları yarımfinalda istifadə olunacaq döyüş maşınlarına baxış keçirib və ştat silahlarından yoxlama atışları icra ediblər.

Qeyd edək ki, Rusiyanın Moskva şəhərinin Alabino hərbi poliqonunda keçirilən beynəlxalq müsabiqə avqustun 27-dək davam edəcək.

Poliqon.az

CATEGORIES