Azərbaycan Türkiyədən MAM-T aviasiya sursatı alacaq – EKSKLÜZİV

Azərbaycan Türkiyədən MAM-T aviasiya sursatı alacaq – EKSKLÜZİV

Azərbaycan qardaş Türkiyədən MAM sursatı ailəsinin ən böyük və ən yeni üzvü MAM-T “hava-yer” tipli aviasiya sursatları alacaq.

“Poliqon” xəbər verir ki, bu barədə “Roketsan”ın korporativ strategiya, texnologiyanın idarə edilməsi və marketinq fəaliyyətlərindən cavabdeh olan, şirkətin baş direktorunun müavini Murat Kurtuluş POLİQON jurnalına müsahibəsində bildirib.

murat“MAM-T sursatının da çox yaxın zamanda layihəsini həyata keçirmiş olacağıq. Yeni müqavilə çərçivəsində MAM-L-dən sonra MAM-T sursatını da Azərbaycan Silahlı Qüvvələrinin xidmətinə təqdim etmək istəyirik. Bununla əlaqədar razılaşmamız son mərhələdədir. Çox yaxın zamanda onu da reallaşdırmağa başalayacağıq”, – deyə Murat Kurtuluş vurğulayıb.

Qeyd edək ki, “Roketsan” şirkəti tərəfindən istehsal edilən Mini Ağıllı Sursat (MAM) lazerlə idarə olunan ağıllı sursat ailəsidir. MAM pilotsuz uçuş aparatları (PUA), yüngül hücum təyyarələri və aşağı çəkili faydalı yük daşıyan hava platformaları üçün “hava-yer” tipli missiyalarda istifadə üçün hazırlanıb. MAM seriyalı ağıllı bombalar həm sabit, həm də hərəkətli hədəfləri yüksək dəqiqliklə vurmaq (angaje) qabiliyyətinə malikdir. MAM sursat ailəsinin yarı aktiv lazerlə idarə olunan, GPS və INS əsaslı tuşlama/manevr imkanlarına malik MAM-C, MAM-L və MAM-T adlı 3 müxtəlif versiyası mövcuddur.

“Roketsan”ın L-UMTAS tank əleyhinə idarə olunan raketin əsasında yaradılmış MAM-L lazer tuşlamalı mini qabaritli döyüş sursatı faktiki olaraq L-UMTAS-ın qabaritləri yığcamlaşdırılmış versiyasıdır. Diametri 160 mm təşkil edən MAM-L raketinin uzunluğu 1 metr, kütləsi 22,5 kq, döyüş başlığı isə 10 kq-dır. MAM-L sursatları yüngül sığınacaq, zirehsiz nəqliyyat vasitələri, radarlar və canlı qüvvəyə qarşı tətbiq olunur. Sursatın qəlpəli-fuqas döyüş başlığının məhvetmə radiusu 25 metrdən böyükdür. Raketin effektiv atış məsafəsi isə L-UMTAS-da olduğu kimi 8 km-dır. Lakin L-UMTAS-dan fərqli olaraq MAM-L-də mühərrik mövcud deyil. “Roketsan” mütəxəssislərinin sözlərinə görə, bu mini döyüş sursatının PUA-larla yanaşı, yüngül döyüş təyyarələrinə inteqrasiyası da mümkündür. Müxtəlif PUA-lar üzərində 2015–2017-ci illərdə keçirilmiş atış sınaqlarında MAM-L sursatı ilə 2×2 metr ölçülü hədəfin 8 km məsafədən yüksək dəqiqliklə məhv edilməsi mümkün olub. Sınaqlar zamanı raketin atışı təxminən 5 km yüksəklikdən həyata keçirilib.

PUA-lar üçün dəqiq döyüş sursatlarının yaradılması istiqamətində aktiv araşdıramalar və yaradılma işləri aparan “Roketsan” şirkəti 2016-cı ildə 70 mm- lik “Cirit” lazer yönləndirməli idarə olunan raketin MAM-C adlı PUA-lardan atış üçün nəzərdə tutulan yeni konfiqurasiyanı hazırlayıb. Mövcud “Cirit”dən ölçüsünə görə daha kiçik olan MAM-C ümumi xüsusiyyətlərini qoruyub saxlayıb. Son texnologiyalar və müasir tələblər nəzərə alınmaqla yaradılmış bu raket çox məqsədli (zireh dəlici, termobarik, anti-personal və yanğın törədici) döyüş başlığı ilə təchiz oluna bilir. MAM-C sursatları PUA-larla yanaşı yüngül hücum təyyarələri üçün də maliyyət baxımından uyğun bir həll olaraq önə çıxır. MAM-C atış hündürlüyündən asılı olaraq 8 kilometrədək məsafədə yerləşən hədəflərə qarşı effektiv tətbiq oluna bilər. MAM-C sursatı canlı qüvvə, zirehsiz və yüngül zirehli nəqliyyat vasitələrinə, radar antenalarına, açıq silah mövqeləri kimi qorunmayan hədəflərə qarşı təyinatlandırılıb. Yüksək dəqiqliyə sahib olan “hava-yer” tipli bu raketinin uzunluğu 80 sm, ağırlığı 6.5 kq, döyüş başlığı isə 2.5 kq təşkil edir.

Türkiyə Silahlı Qüvvələri başda olmaqla, Jandarma Baş Komandanlığı və Əmniyyət Baş İdarəsi inventarında yer alan PUA-lara inteqrasiya edilən MAM-L 2016-cı ildən, MAM-C isə 2018-ci ildən indiyə qədər əməliyyatlarda uğurla istifadə olunur. Sabit və hərəkətli hədəflərə qarşı yüksək vuruş dəqiqlikliyinə sahib MAM-L və MAM-C sursatları, istənilən hava şəraitində effektivlik göstərə bilir.

MAM-T PUA-lara yeni nəfəs gətirir

MAM AilesiMAM ailəsinin ən böyük və ən yeni üzvü MAM-T sursatıdır. “Roketsan” MAM-L və MAM-C aviasiya sursatlarının təcrübələrindən irəliləyərək daha yüksək döyüş başlığı effektivliyi və daha uzun mənzil ehtiyacını qarşılamaq məqsədilə MAM-T sursatını hazırlayıb. Fərqli platformalara uyğunlaşdırıla biləcək formada dizayn edilmiş MAM-T 30 km-dən artıq mənzilə sahibdir. MAM-T ağıllı sursatının çapı 230 mm, uzunluğu 1.4 metr, ümumi çəkisi isə 94 kiloqramdır. Sursat qəlpəli atəş yığımı olan döyüş başlığı ilə təchiz edilib.

Müxtəlif PUA-lardan atıla bilən MAM-T sursatı ilə su üstü hədəfləri, zirehli və zirehsiz nəqliyyat vasitələrini məhv etmək mümkündür. MAM-T Blok-1 konfiqurasiyası həm hərəkətli, həm də sabit hədəflərə qarşı tədbiq edilə bilir. MAM-T sursatının ilk atış testi 2021-ci il aprel ayının 22-də “Baykar” şirkətinin “Bayraktar Akıncı” taktiki pilotsuz uçuş aparatı tərəfindən icra olunub. “Bayraktar Akıncı” PUA-dan atılan MAM-C, MAM-L və ilk dəfə istifadə edilən MAM-T hədəfi uzaq məsafədən yüksək dəqiqliklə vura bilib. Yüksək dəqiqlik sərgiləyən ağıllı sursat GPS və INS naviqasiya sistemi ilə dəstəklənə bilən yarı aktiv lazer arayıcı başlıq (LAB) ilə təchiz edilib.

“Roketsan” şirkəti tərəfindən 2021-ci ilin ikinci yarısında kütləvi istehsalına başlanılan MAM-T ağıllı sursatı ilk dəfə IDEF-2021 sərgisində geniş ictimaiyyətə nümayiş etdirilib. MAM-T aviasiya sursatının ilk partiyası 2022-ci ilin əvvəlində Türkiyə Silahlı Qüvvələrinin inventara daxil edilib. MAM ailəsinin digər üzvlərində olduğu kimi MAM-T-nin də əhəmiyyətli ixracat uğurları əldə etməsi hədəflənir.

“Baykar” şirkətinin “Akıncı” hücum pilotsuz uçuş aparatının (PUA) imkanlarına uyğun hazırlanan MAM-T sursatı digər PUA-lara, o cümlədən yüngül hücum və döyüş təyyarələri kimi fərqli platformalara da inteqrasiya ediləcək. Fərqli platformalara uyğun formada hazırlanan ailənin yeni üzvü MAM-T sursatı PUA-larda 30 kilometr, yüngül hücum təyyarələrində 60 kilometr və döyüş təyyarələrində 80 kilometrdən uzun mənzil qabiliyyətinə malikdir.

Hazırda MAM ağıllı sursatları Türkiyənin “Baykar” şirkətlərinin istehsalı olan “Bayraktar TB2”, “Bayraktar TB3”, “Bayraktar Akıncı”, “Vestel” şirkətinin “Karayel”, habelə TUSAŞ şirkətinin “Anka”, “Aksungur” taktik PUA-larının və “Hürkuş” yeni nəsil təlim-döyüş təyyarəsinin silahlanmasında yer alır.

“Roketsan”  şirkəti bu günə qədər 5000 ədəddən çox MAM ağıllı sursatı istehsal edərək sifarişçilərə təhvil verib.

MAM Azərbaycanın zəfərində kritik rol oynadı

bayraktarTürkiyənin “Roketsan”  şirkəti bu günün və gələcəyin müharibələrinin doğurduğu ehtiyacları nəzərə alaraq yaratdığı Mini Ağıllı Sursat (MAM) ailəsi sahib olduqları texnologiyalardan əlavə müharibə təcrübəsi ilə də rəqiblərini üstələyir.

“Roketsan”-ın açıqlamasına görə, başda PUA-lar olmaqla, yüngül faydalı yük daşıma tutumu olan hava platformalarının effektivliyini artıran Mini Ağıllı Sursat ailəsi Afrika, Asiya və Avropada dost və müttəfiq ölkələrin inventarında uğurla istifadə edilir. Arsenalında “Roketsan”ın bir çox həlli olan Azərbaycanın zəfərində kritik rol oynayan MAM Avropa və NOTO üzvü ölkələrin də diqqətini çəkərək, prioritet seçimləri arasında yerini alır. Bu gün MAM sursatları Türkiyə və Azərbaycan ilə yanaşı Qatar, Ukrayna, Liviya, Türkmənistan, Qırğızıstan, Efiopiya kimi ölkələrin silahlanmasında yer alır.

Qeyd edək ki, Azərbaycan ordusu tərəfindən İkinci Qarabağ müharibəsi zamanı MAM idarə olunan döyüş sursatları ilə tanklara və digər zirehli hədəflərə qarşı effektiv istifadə olunub.

Bundan əvvəl, Türkiyə Silahlı Qüvvələri 24 avqust 2016-cı il tarixində “Fırat Qalxanı”, 2018-ci ilin yanvar-mart aylarında “Zeytun Budağı” əmliyyatlarında adıçəkilən sursatları Suriyada real döyüş sahəsində sınaqdan keçirmək imkanı qazanmışdır. Türkiyə Müdafiə Sənayesi Başkanlığının (SSB) rəsmi sosial media hesabında yaydığı məlumata görə, “Bayrakdar TB2” PUA-ları “Zeytun Budağı” əməliyyatında ilk dəfə olaraq MAM-L sursatının zirehdələn döyüş başlığına malik versiyalarından da atışlar həyata keçirib. Eyni zamanda qəlpəli-fuqas döyüş başlıqlı MAM-L raketləri havada partlayış mexanizmi ilə istifadə olunub. Əməliyyatlar zamanı hədəf tipinə uyğun istifadə olunan döyüş başlıqları ilə yüngül qurğular, zirehli maşınlar, radar antenləri, silah mövqeləri kimi mümkün hədəflərə qarşı effektiv nəticələr əldə olunub və hədəflərin hamısı yüksək dəqiqliklə vurulub.

Bundan başqa, MAM ağıllı sursatlarından Türkiyə Silahlı Qüvvələrinin 2019-cu ildə Suriyada başlatdığı PKK/PYD və DAEŞ (İŞİD) terror təşkilatlarını hədəf alan “Barış Pınarı” əməliyyatı, 2020-ci ildə Suriyanın şimalındakı İdlib bölgəsində Suriya ordusu və müttəfiqlərinə qarşı başlatdığı “Bahar Qalxanı” əməliyyatı, 2020-ci ildə İraqın şimalında “Pənçə” əməliyyatında uğurla tətbiq edilib. Habelə 2021-ci ilin əvvəlindən bu günə kimi Rusya-Ukrayna müharibəsində geniş istifadə edilir.

murat 2

Poliqon.az

CATEGORIES
TAGS