Xəbərlər

Azərbaycan və Almaniya müdafiə nazirlikləri arasında əməkdaşlığın cari vəziyyəti müzakirə olunub

Azərbaycan Müdafiə Nazirliyi və Almaniya Federal Müdafiə Nazirliyi arasında 2022-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq proqramına uyğun olaraq  hər iki ölkənin müdafiə nazirlikləri arasında 10-cu Qərargah danışıqları keçirilib.

Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə regional və beynəlxalq təhlükəsizlik məsələləri, o cümlədən, əməkdaşlığın cari vəziyyəti və mümkün perspektivləri müzakirə olunub.

Poliqon.az

Back to top button