MüdafiəXəbərlər

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Bakı Ekspo Mərkəzində baş tutan ADEX-2026 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində bir sıra görüşlər keçirilib.

Müdafiə Nazirliyindən “Poliqon”a verilən məlumata görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov sərgidə iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Belarus Dövlət Müdafiə Sənayesi Komitəsinin sədri Dmitri Pantus ilə görüşüb.

Görüş zamanı tərəflər Azərbaycan ilə Belarus arasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, yeni nəsil texnologiyaların tətbiqi imkanları, müvafiq sahədə təcrübə mübadiləsi və qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə ediblər.

cfdd4d08af18858f49dc0d536c72e594

Back to top button