Azərbaycan və Pakistan HDQ arasında hərbi əməkdaşlıq müzakirə edilib

Azərbaycan və Pakistan HDQ arasında hərbi əməkdaşlıq müzakirə edilib

Martın 2-də Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı kontr-admiral Sübhan Bəkirov Azərbaycanda rəsmi səfərdə olan Pakistanın HDQ Akademiyasının rəisi kontr-admiral Şifaat Ali Xanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, əvvəlcə qonaqlar Şəhidlər xiyabanını ziyarət edib, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan şəhidlərin məzarları üzərinə gül dəstələri qoyublar.

HDQ-nin komandanı kontr-admiral S.Bəkirov qonaqları salamlayaraq Azərbaycan ilə Pakistan arasında hərbi sahədə əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu, bu əlaqələrin daim inkişaf etdiyini xüsusi vurğulayıb.

Azərbaycanda səfərdən məmnunluğunu bildirən qonaq Azərbaycan-Pakistan münasibətlərinin möhkəmlənməsində bu cür görüşlərin və qarşılıqlı əlaqələrin genişləndirilməsinin zəruriliyini qeyd edib.

Pakistan nümayəndə heyətinə HDQ-nin tarixi və fəaliyyəti haqqında brifinq təqdim edilib.

Sonra qonaqlar hərbi gəmilərə baxış keçirib, onların taktiki-texniki xüsusiyyətləri ilə maraqlanıb. Həmçinin gəmi heyətinin yerləşməsi, qidalanmasının təşkili və həyati vacib digər qurğular barədə ətraflı məlumat verilib.

Görüşdə hər iki ölkənin HDQ-i arasında hərbi, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

1 3 2 2 3 2 4 1

Poliqon.az

CATEGORIES
TAGS