Azərbaycan və Qazaxıstan arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq müzakirə edilib

Azərbaycan və Qazaxıstan arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq müzakirə edilib

Noyabrın 23-də Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev SPECA həftəsi çərçivəsində ölkədə rəsmi səfərdə olan Qazaxıstanın rəqəmsal inkişaf, innovasiya və aerokosmik sənaye nazirinin müavini Aset Nurlanoviç Turısovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Sənayesi Nazirliyinin Mətbuat Xidmətindən “Poliqon”a bildirilib ki, Qazaxıstanın “Ag Tech” şirkətinin baş direktoru Aleksandr Yuriyeviç Podvalovun da iştirak etdiyi görüşdə şirkətin fəaliyyət istiqamətləri barədə məlumat verilib.

Görüş zamanı gələcəkdə müdafiə sənayesi sahəsində müasir rəqəmsal texnologiyaların tətbiqi üzrə əməkdaşlığın mümkünlüyünə baxılacağına dair razılıq əldə edilib və qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparılıb.

Qazaxıstanın rəqəmsal inkişaf, innovasiya və aerokosmik sənaye nazirinin müavini Aset Nurlanoviç Turısov Azərbaycanla Qazaxıstan arasında ikitərəfli əlaqələrin bundan sonra da inkişaf edəcəyindən əminliyini bildirib.

CATEGORIES
TAGS