
Azərbaycan və Rusiya arasında hərbi əməkdaşlıq inkişaf etdiriləcək
Azərbaycan və Rusiya milli maraqlara cavab verən və üçüncü ölkələrə qarşı yönəlməyən ikitərəfli hərbi-siyasi əməkdaşlığı inkişaf etdirirlər.
“Poliqon”un məlumatına görə, bu, Azərbaycan ilə Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamədə yer alıb.
Bəyannaməyə əsasən, tərəflər Rusiyanın və Azərbaycanın silahlı qüvvələri arasında əməliyyat və döyüş hazırlığı üzrə birgə tədbirlərin keçirilməsi də daxil olmaqla qarşılıqlı əməkdaşlığı dərinləşdirəcək, eləcə də ikitərəfli hərbi əməkdaşlığın digər istiqamətlərini inkişaf etdirəcəklər.
CATEGORIES Xəbərlər