Azərbaycan və Serbiya arasında hərbi sənaye sahəsində əməkdaşlıq müzakirə edilib
Serbiya prezidenti Aleksandr Vuçiç Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə görüşüb.
“Poliqon” xəbər verir ki, bu barədə Serbiya prezidenti Aleksandr Vuçiç özünün “Instagram” hesabında paylaşım edib.
Paylaşımda bildirilib ki, görüş zamanı mövcud geosiyasi şərait, regiondakı vəziyyət, enerji təhlükəsizliyi, iqtisadi və hərbi sənaye sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
TAGS Manşet