Azərbaycan və Serbiya hərbi nümayəndələri arasında görüş olub

Azərbaycan və Serbiya hərbi nümayəndələri arasında görüş olub

Azərbaycan və Serbiya Müdafiə nazirlikləri arasında 2025-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Bakıda iki ölkənin Müdafiə Nazirliyinin əməkdaşları arasında görüş keçirilib.

Bu barədə “Poliqon”a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən görüşdə tərəflər birgə əməkdaşlıq çərçivəsində görülən işlərin cari vəziyyətini təhlil edib, perspektiv planlara dair müzakirələr aparıb və qarşılıqlı maraq doğuran digər məsələlərdən danışıblar.

CATEGORIES