
Azərbaycan və Serbiya ordularının Baş Qərargah rəisləri arasında telefon danışığı olub
Martın 11-də Azərbaycan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ilə Serbiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Milan Moysiloviç arasında telefon danışığı olub
Müdafiə Nazirliyindən “Poliqon”a verilən məlumata görə, danışıq Serbiya tərəfinin təşəbbüsü ilə baş tutub.
Tərəflər ölkələrimiz arasında hərbi və hərbi-texniki əməkdaşlığın cari vəziyyəti və perspektivlərini müzakirə edib, regionda cərəyan edən proseslər və təhlükəsizlik məsələlərinə dair ətraflı fikir mübadiləsi aparıblar.


