Azərbaycan və Səudiyyə Ərəbistanının Müdafiə nazirlikləri arasında protokol imzalanıb

Azərbaycan və Səudiyyə Ərəbistanının Müdafiə nazirlikləri arasında protokol imzalanıb

Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi və onun rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində keçirilən Azərbaycan və Səudiyyə Ərəbistanının Müdafiə nazirlikləri arasında Birgə Hərbi Komitənin görüşündə iştirak etmək məqsədilə bu ölkəyə səfər edib.

Müdafiə Nazirliyindən “Poliqon”a bildirilib ki, səfər çərçivəsində Azərbaycan nümayəndə heyətini Səudiyyə Ərəbistanı Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Faiyad bin Hamed Al Rovaili qəbul edib.

Daha sonra isə Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq Departamentinin baş direktoru general-mayor Saad bin Məhəmməd Əl-Kəsiri ilə görüş keçirilib.

Görüşlərdə Azərbaycan və Səudiyyə Ərəbistanının müdafiə qurumları arasında hərbi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Yekunda “Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Səudiyyə Ərəbistanı Krallığının Müdafiə Nazirliyi arasında keçirilmiş Birgə Hərbi Komitənin görüşünün Protokolu” imzalanıb.

CATEGORIES