Azərbaycan və Türkiyə arasında hərbi-texniki əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Türkiyənin İstanbul şəhərində keçirilən SAHA EXPO-2024 Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisində iştirak edən Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev oktyabrın 22-də Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün ilə görüşüb.
Müdafiə Sənayesi Nazirliyinin Mətbuat Xidmətindən “Poliqon”a verilən məlumata görə, görüşdə mövcud əməkdaşlığın inkişaf perspektivləri, hərbi-texniki sahədə əlaqələrin genişləndirilməsi barədə müzakirələr aparılıb.
Danışıqlar zamanı beynəlxalq müdafiə tədbirlərinin keçirilməsinin əhəmiyyəti vurğulanaraq SAHA EXPO-2024 sərgisinin peşəkarlıqla təşkil oldunduğu qeyd edilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.