Sedef Vehbi: Azərbaycanın fərqli ehtiyaclarını texnikalarımızla qarşılamağa hazırıq

Sedef Vehbi: Azərbaycanın fərqli ehtiyaclarını texnikalarımızla qarşılamağa hazırıq

Türkiyənin ən böyük quru nəqliyyat vasitələri məhsul qrupu ixracatçısı “Otokar” şirkəti Azərbaycanın fərqli ehtiyaclarını texnikaları ilə qarşılamağa hazırdır.

Bu barədə “Otokar” şirkətinin baş direktorunun müavini Sedef Vehbi “Poliqon” jurnalına müsahibəsində “Azərbaycan və Türkiyə arasında müdafiə sənayesi sahəsində yeni birgə layihələrin həyata keçirilməsinin yolları müəyyən edilib. “Otokar” bu istiqamətdə hansı addımları atmağı planlaşdırır?” sualını cavablandırarkən deyib.

“Bu, yalnız bizim istəyimizlə deyil, ölkənin, Silahlı Qüvvələrin və son istifadəçinin tələblərinə bağlı olan bir mövzudur. Bizə rəsmi qurumlardan hansı ehtiyac bildirilərsə, ona uyğunlaşmağa çalışırıq.

Hazırda 4×4 layihələri çox aktiv şəkildə davam edir. Lakin biz Azərbaycanın fərqli ehtiyaclarının da olduğunu bilirik və texnikalarımızla bu ehtiyacları qarşılamağa hər zaman hazırıq”, – deyə “Otokar” şirkətinin baş direktorunun müavini Sedef Vehbi vurğulayıb.

CATEGORIES
TAGS