Azərbaycan və Türkiyə arasında qarşılıqlı hərbi təhlükəsizlik gücləndirilir

Azərbaycan və Türkiyə arasında qarşılıqlı hərbi təhlükəsizlik gücləndirilir

Azərbaycan və Türkiyə arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu təsdiq olunub.

“Poliqon” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev 2025-ci il iyulun 22-də İstanbul şəhərində imzalanmış “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında qanun imzalayıb.

Qeyd edək ki, səkkiz maddədən ibarət memoranduma əsasən, tərəf dövlətlər birinin silahlı təcavüzə məruz qaldığı halda BMT Nizamnaməsinin 51-ci maddəsi ilə tanınan fərdi və birgə özünümüdafiə hüquqlarının həyata keçirilməsi üçün bir-birilərinə qarşılıqlı yardımın göstərilməsi öhdəliyini götürürlər.

Tərəflərin bir-birilərinə hərbi yardım göstərməsi onlardan birinin sorğusu əsasında və müvafiq milli qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilir.

Memoranduma görə, tərəflər öz milli qanunvericiliklərinə əsasən, hərbi sahədə məlumat mübadiləsini və hərbi kəşfiyyat üzrə əməkdaşlığı gücləndirəcək, hərbi təhlükəsizlik sahəsində əldə olunan məlumatları bir-biri ilə paylaşa və bu məlumatlardan birgə əməliyyatlar zamanı istifadə edə biləcəklər.

CATEGORIES
TAGS