Xəbərlər

Azərbaycan və Türkiyə HDQ xüsusi təyinatlılarının birgə təlimi başa çatıb

Türkiyənin Marmaris şəhərinin Aksaz dəniz bazasında keçirilən Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) dəniz xüsusi taborlarının sualtı hücum (SAH) və sualtı müdafiə (SAM) bölmələri ilə Türkiyə HDQ xüsusi təyinatlı bölmələrinin birgə təlimi başa çatıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, təlimdə hər iki qardaş ölkənin xüsusi təyinatlı bölmələri quru və dəniz taktikalarının işlənməsi, partlamamış döyüş sursatlarının və dəniz minalarının axtarışı, eləcə də məhv edilməsi üzrə tapşırıqları icra ediblər.

Birgə təlimdə qarşıya qoyulan bütün tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.

964601506213ca249addfa66af28e14b d07aa9074e06fdde57fc5f2b8b5676f7 d542520e454387f39cbca9509580c9c8 e1958f639428db7c812a34cfc635ed37

Poliqon.az

Back to top button