Azərbaycan və Türkiyə hərbçilərinin Naxçıvanda taktiki təlimi başlayıb

Azərbaycan və Türkiyə hərbçilərinin Naxçıvanda taktiki təlimi başlayıb

Azərbaycan və Türkiyə hərbçilərinin Naxçıvanda 5-8 oktyabr tarixlərini əhatə edəcək “Sarsılmaz qardaşlıq-2021” birgə döyüş atışlı taktiki təlimi başlayıb.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmisi Pinar Kara bildirib.

“Türkiyə və Azərbaycan arasında qarşılıqlı əlaqəni təmin etmək, təlim planlaşdırılması, idarəetmə və icra prinsiplərinin uyğun hala gətirilməsi üçün “Qardaş briqada” layihəsi başladılıb. Hazırda Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti ilə birgə təlim fəaliyyətləri davam etdirilir”, – deyə, P. Kara vurğulayıb.

P.Kara bildirib ki, təlimin məqsədi Türkiyə ilə Azərbaycanın Quru Qoşunları arasında dostluq, əməkdaşlıq və koordinasiyanı inkişaf etdirməkdir.

Qeyd edək ki, hazırda Türkiyə Silahlı Qüvvələri Ermənistanın işğalından azad edilmiş Azərbaycan ərazilərində minatəmizləmə fəaliyyətinə də dəstəyini davam etdirir.

Poliqon.az

CATEGORIES
TAGS