Azərbaycan və Türkiyə HHQ-nin pilotları birlikdə mübadilə uçuşları keçiriblər

Azərbaycan və Türkiyə HHQ-nin pilotları birlikdə mübadilə uçuşları keçiriblər

Türkiyənin Konya şəhərində keçirilən “Anadolu Qartalı – 2022” beynəlxalq taktiki-uçuş təliminin növbəti mərhələsi yerinə yetirilib.

Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Təlimin planına uyğun olaraq Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) uçuş heyəti şərti düşmənin hava məkanına daxil olaraq qarşıya qoyulan tapşırıqları uğurla icra edib.

Həmçinin Azərbaycan HHQ-nin pilotları Türkiyə Silahlı Qüvvələrinin HHQ-nin hərbi qulluqçuları ilə birlikdə mübadilə uçuşlarını həyata keçiriblər.

Təlimdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilir.

n1 1 n2 1 n3 1

Poliqon.az

CATEGORIES
TAGS