Azərbaycan və Türkiyə prezidentləri “Qardaş yumruğu” təliminə qatılan şəxsi heyəti təbrik ediblər

Azərbaycan və Türkiyə prezidentləri “Qardaş yumruğu” təliminə qatılan şəxsi heyəti təbrik ediblər

“Qardaş yumruğu” təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan telefon zəngi ilə hər iki qardaş ölkənin təlimdə iştirak edən şəxsi heyətini təbrik ediblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyev şəxsi heyəti təbrik edərək “Qardaş yumruğu” təliminin Türkiyə-Azərbaycan birliyinin növbəti təzahürü olduğunu qeyd edib, Azərbaycan-Türkiyə birliyinin sarsılmaz və əbədi olduğunu bildirib.

Sonra Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan bir millət, iki dövlət anlayışı ilə keçirilən təlimin uğurla həyata keçirildiyini bildirib və heç kimin ayıra bilməyəcəyi bu birliyin gələcəkdə də davam etdiriləcəyini qeyd edərək bütün şəxsi heyəti təbrik edib.

Poliqon.az

CATEGORIES
TAGS