Azərbaycan və Türkiyə Prezidentləri Zelenskiyə Rusiya ilə danışıqları təşkil etməyi təklif ediblər

Azərbaycan və Türkiyə Prezidentləri Zelenskiyə Rusiya ilə danışıqları təşkil etməyi təklif ediblər

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenskiyə Rusiya ilə Ukrayna arasında danışıqları təşkil etməyi təklif ediblər.

“Poliqon” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Qeyd edək ki, bu təklifdən bir gün əvvəl Volodimir Zelenski Ukraynanın neytral statusunu müzakirə etməyə hazır olduğunu bildirərək Rusiyanı danışıqlara çağırıb. Daha sonra isə rəsmi Kiyev şərtlərdən razı qalmadığı üçün danışıqlardan imtina edib.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS