Azərbaycanda növbəti komando hərbi hissələrinin açılması nəzərdə tutulur

Azərbaycanda növbəti komando hərbi hissələrinin açılması nəzərdə tutulur

Azərbaycanda növbəti komando hərbi hissələrinin açılması nəzərdə tutulur və bu silahlı birləşmələrdə minlərlə azərbaycanlı xidmət edəcək.

“Poliqon” xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Kəlbəcər rayonunda komando hərbi hissəsinin açılışında çıxış edərkən bildirib.

Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan ordusu bütün sərhəd boyunca yerləşib, bütün sərhədlərdə hərbi hissələr yaradılıb.

“Müharibədən keçən ilyarım ərzində biz gecə-gündüz çalışmışıq ki, ordumuzu daha da gücləndirək, daha da müasir silahlarla təchiz edək, sərhəd boyunca bütün əlverişli mövqelərə sahib olaq, yerləşək və buna nail olduq”, – deyə Azərbaycan Prezidenti bildirib.

Silahlı Qüvvələrin Ali Baş Komandanı xatırladıb ki, altı ay bundan əvvəl Hadrutda birinci komando hərbi hissəsi açılıb: “Bu gün Kəlbəcərdə ikinci komando hərbi hissəsi açılır. Növbəti komando hərbi hissələrinin açılması nəzərdə tutulur və bu silahlı birləşmələrdə minlərlə azərbaycanlı xidmət edəcək. Bu, bizim gücümüzü daha da artıracaq”.

Poliqon.az

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş