Azərbaycanda sərhədi qanunsuz keçmək istəyən 10 nəfər saxlanılıb

Azərbaycanda sərhədi qanunsuz keçmək istəyən 10 nəfər saxlanılıb

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qeyri-leqal miqrasiyaya qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

DSX-nin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, avqust ayının 12-də saat 22:00 radələrində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Dövlət Sərhəd Xidmətinin “Horadiz” sərhəd dəstəsinin, Füzuli rayonunun Böyük-Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının arxa istiqamətində şübhəli şəxs qismində 10 nəfər Şri-Lanka vətəndaşı saxlanılıb.

Aparılmış ilkin araşdırma zamanı qeyd olunan əcnəbilərin 25-i və 29-u iyul tarixlərdə ölkə ərazisinə turist qismində rəsmi qaydada gəlmələri, İran vətəndaşı Əlirza adlı şəxsin bələdçiliyi ilə dövlət sərhədini pozaraq Azərbaycandan İrana, oradan isə Türkiyəyə keçməklə, Avropa olkələrindən birinə miqrasiya etmək niyyətində olmaları müəyyənləşdirilib.

Fakt üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanaraq zərərsizləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Poliqon.az

CATEGORIES