Azərbaycandakı universitetlərin aviasiya və kosmik fakültələrinin məzun mühəndisləri TUSAŞ-da işləyə biləcəklər

Azərbaycandakı universitetlərin aviasiya və kosmik fakültələrinin məzun mühəndisləri TUSAŞ-da işləyə biləcəklər

TUSAŞ strateji əhəmiyyətə sahib ölkələrdə yeni şirkətlər yaradır.

Bunu TUSAŞ şirkətinin baş direktoru Dr. Mehmet Demiroğlu “Poliqon” hərbi-kosmik texnoloji jurnalına müsahibəsində söyləyib.

TUSAŞ-ın baş direktoru bildirib ki, rəhbərlik etdiyi şirkət Azərbaycan və bir çox ölkə ilə müxtəlif sahələrdə danışıqları davam etdirir: “Malayziya və İndoneziyada olduğu kimi Bakıda da mühəndislik ofisi açmaq istəyirik. Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycandakı universitetlərin aviasiya və kosmik fakültələrindən məzun olan mühəndislər bu ofisdə işləyə biləcəklər.

Azərbaycan Texniki Universiteti ilə TUSAŞ arasında akademik sahədə əməkdaşlığın edilməsi üçün anlaşma memorandumu imzaladıq. Eyni zamanda, Azərbaycan Texniki Universiteti ilə “Mühəndislərin İnkişafı Proqramı”nı uğurla həyata keçiririk.

Türkiyə ilə Azərbaycan arasında müdafiə sənayesi və texnologiya sahəsindəki əməkdaşlığı dərinləşdirmək və iki ölkənin birgə layihələrdə daha səmərəli işləməsinə zəmin hazırlamaq məqsədi ilə irəliləyirik.

TUSAŞ-ın Azərbaycandakı fəaliyyətini genişləndirərək yerli işçi qüvvəsi ilə birlikdə yüksək dəyərli layihələr hazırlamağı hədəflədiyimiz bu təşəbbüs regiondakı texnoloji inkişafa da mühüm töhfələr verəcək”.

CATEGORIES
TAGS