Azərbaycandan Rusiyaya keçməyə cəhd edən Pakistan vətəndaşları saxlanılıb

Azərbaycandan Rusiyaya keçməyə cəhd edən Pakistan vətəndaşları saxlanılıb

DSX-nin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, saxlanılan şəxslərdən üçünün avqust ayının sonlarında rəsmi qaydada Pakistandan Lahor-Bakı reysi ilə, ikisinin isə sentyabr ayında Birləşmiş Ərəb Əmirliklərindən Dubay-Bakı reysi ilə Azərbaycana gəlmələri müəyyənləşdirilib.
Araşdırma zamanı Pakistan vətəndaşlarının dövlət sərhədini pozaraq Azərbaycandan Rusiyaya keçməklə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olmaları məlum olub.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Poliqon.az

CATEGORIES