Azərbaycanın 2-ci müşahidə peykini istehsal edəcək şirkət bəlli oldu

Azərbaycanın 2-ci müşahidə peykini istehsal edəcək şirkət bəlli oldu

Azərbaycanın 2-ci müşahidə peykini (“Azersky2”) İsrailin “Israel Aerospace Industries” (IAI) şirkəti istehsal edəcək.

“Poliqon” xəbər verir ki, bunun üçün 74-cü Beynəlxalq Astronavtika Konqresi (“IAC 2023 Baku”) çərçivəsində Azərbaycanın Kosmik Agentliyi (Azərkomos) və IAI arasında müqavilə imzalanıb.

Qeyd edək ki, bir müddət əvvəl həm yerli, həm də xarici KİV-lərdə “Azersky2” peykinin İsrailin IAI şirkəti tərəfindən istehsal olunması üçün müzakirələrin aparıldığı xəbərləri yer alsa da, həmin vaxt bu məlumatlar öz təsdiqini tapmamışdı.

Xatırladaq ki, Azərbaycanın ilk “Azersky1” müşahidə peykini Fransanın “Airbus Defence and Space” şirkəti hazırlayıb.

CATEGORIES
TAGS