
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov oktyabrın 12-də Tacikistanın paytaxtı Düşəndə şəhərinə yola düşüb.
Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
General-polkovnik Z.Həsənov Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edəcək.




