Azərbaycanın müdafiə naziri Özbəkistana səfər edib

Azərbaycanın müdafiə naziri Özbəkistana səfər edib

Oktyabrın 20-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Özbəkistanın müdafiə naziri general-leytenant Şuhrat Xalmuxamedovun dəvəti ilə “Birlik-2025” təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə iştirak etmək üçün Səmərqəndə səfər edib.

Müdafiə Nazirliyindən “Poliqon”a verilən məlumata görə, Səmərqənd şəhərində general-polkovnik Z.Həsənov özbəkistanlı həmkarı ilə görüşüb.

Tərəflər hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərini müzakirə edib, qarşılıqlı təcrübə mübadiləsi məqsədilə birgə təlimlərin keçirilməsinin əhəmiyyətini vurğulayıblar.

Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyevin də iştirak etdiyi görüşdə ölkələrimiz arasında mövcud hərbi əməkdaşlıq səviyyəsi yüksək qiymətləndirilib, həmçinin bu əməkdaşlığın genişləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparılıb.

51c5f3ce31a3a9516ef3540c5db73076 d203c8e4ae0bb1614522b5b1ddcd3e0c a3263426af45effa83f4b1617d42f8f0

CATEGORIES