Azərbaycanın müdafiə naziri slovakiyalı həmkarı ilə görüşüb – VİDEO

Azərbaycanın müdafiə naziri slovakiyalı həmkarı ilə görüşüb – VİDEO

Yanvarın 18-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkədə rəsmi səfərdə olan Slovakiyanın Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinakın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi təşkil edilib. Müdafiə nazirləri fəxri qarovulun önündən keçiblər. Nümunəvi hərbi orkestrin müşayiəti ilə hər iki ölkənin dövlət himnləri səsləndirilib. Protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.

General-polkovnik Z.Həsənov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan Qələbədən sonra azad edilmiş ərazilərdə görülən minatəmizləmə və bərpa-quruculuq işləri ilə bağlı nümayəndə heyətini məlumatlandırıb.

Azərbaycanla Slovakiya arasında hərbi-texniki, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

R.Kalinak Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün bərpası ilə əlaqədar Z.Həsənovu təbrik edib. Regionun ən güclü ordularından biri olan Azərbaycan Ordusu ilə qarşılıqlı təcrübə mübadiləsinin inkişaf etdirilməsi, eləcə də müasir döyüş əməliyyatlarının öyrənilməsinin vacibliyini bildirib. Bu cür səfərlərin xüsusi əhəmiyyətə malik olduğu diqqətə çatdırılıb.

Sonda Azərbaycan ilə Slovakiya arasında hərbi sahədə maraq doğuran bir sıra məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.

CATEGORIES