Azərbaycan XTQ-nin komandanı vəzifəsi Akif Pirverdiyevə həvalə olunub
Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin komandanı vəzifəsi general-mayor Akif Səməndər oğlu Pirverdiyevə həvalə olunub.
Bu barədə “Poliqon” Müdafiə Nazirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verib.
Qeyd edək ki, 2022-ci ilin iyun ayında Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Akif Pirverdiyevə general-mayor ali hərbi rütbəsi verilib.