Azərbaycanın müdafiə naziri Türkiyədə səfərdədir

Azərbaycanın müdafiə naziri Türkiyədə səfərdədir

Mayın 29-da Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə işgüzar səfər edib.

Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Türkiyənin milli müdafiə naziri Yaşar Gülerin dəvəti ilə qardaş ölkəyə işgüzar səfəri çərçivəsində Azərbaycan Müdafiə Nazirliyinin rəhbər heyətinin bir sıra görüşləri və EFES-2024 çoxmillətli təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə iştirakı planlaşdırılır.

CATEGORIES
TAGS