
Türkiyə İxrcatçılar Məclisi (TİM) müdafiə və aviasiya sənayesi sektorunun 2025-ci ilin may ayında ixrac etdiyi məhsulların dəyərini açıqlayıb.
“Poliqon” TİM-ə istinadən xəbər verir ki, Türkiyənin müdafiə və aviasiya sənayesi şirkətləri cari ilin mayında 741.8 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə (2024-ci il may – 980.4 milyon ABŞ dolları) 2025-ci ilin may ayında ixrac olunan məhsulların dəyəri azalıb.
Cari ilin ilk beş ayı ərzində Türkiyənin müdafiə və aviasiya sənayesi sektoru tərəfindən 2.9 milyard ABŞ dolları dəyərində məhsul ixrac edilib.




