Azərbaycanın müdafiə sənayesi naziri “ASELSAN-Bakı” şirkətində olub

Azərbaycanın müdafiə sənayesi naziri “ASELSAN-Bakı” şirkətində olub

Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayevin “ASELSAN-Bakı” şirkətinin ofisini ziyarət edib.

“Poliqon” xəbər verir ki, bu barədə “ASELSAN-Bakı” şirkəti məlumat yayıb.

Qeyd edilib ki, ziyarət çərçivəsində Vüqar Mustafayev şirkətin iş şəraiti ilə yaxından tanış olub, həmçinin ASELSAN-ın Azərbaycandakı fəaliyyəti, tarixi, mövcud və potensial layihələri barədə ətraflı məlumatlandırılıb.

“Cənab nazirə və onu müşayiət edən nümayəndə heyətinə təşəkkürümüzü bildirir, gələcək əməkdaşlıq imkanlarını dəyərləndirməkdən məmnun olduğumuzu qeyd edirik”, – deyə məlumatda bildirilib.

CATEGORIES