Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 9 ayda 5 milyard manatı ötüb

Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 9 ayda 5 milyard manatı ötüb

Cari ilin 9 ayı (yanvar-sentyabr) ərzində Azərbaycanın dövlət büdcəsindən müdafiə və milli təhlükəsizliyə 5 milyard 211 milyon manat xərclənib.

“Poliqon” xəbər verir ki, bu, Maliyyə Nazirliyinin yayımladığı 2025-ci ilin 9 ayı üzrə dövlət və icmal büdcələrin icra göstəricilərinə dair hesabatda öz əksini tapıb.

Hesabata əsasən, builki göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 702 milyon manat (15.6 %) çoxdur.

Xatırladaq ki, 2025 il üçün dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik xərclərinə 8 milyard 396 milyon manat vəsait ayrılıb.

CATEGORIES
TAGS