Xəbərlər
Azərbaycanın Türkiyədəki səfiri Metin Güraka “Hərbi əməkdaşlıq sahəsində xidmətlərinə görə” medalını təqdim edib

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Aslan Türkiyənin keçmiş Baş Qərargah rəisi, istefada olan ordu generalı Metin Güraka “Hərbi əməkdaşlıq sahəsində xidmətlərinə görə” medalını və müvafiq vəsiqəni təqdim edib.
“Poliqon” xəbər verir ki, Metin Gürak Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun 2025-ci ildə verdiyi qərarla sözügedən medalla təltif olunub.
Medal və vəsiqə Azərbaycanın Türkiyədəki səfirliyində keçirilən təqdimat mərasimində Metin Güraka təqdim edilib.








