Xəbərlər

Azərbaycanla Almaniya müdafiə sənayesi sahəsində əməkdaşlığı təşviq edəcək

Azərbaycan və Almaniya təhlükəsizlik və müdafiə sahələrində əməkdaşlıq etmək niyyətindədirlər.

“Poliqon” xəbər verir ki, bu, 21 iyul tarixində Berlində Azərbaycan ilə Almaniya arasında imzalanmış İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəlik haqqında Birgə Bəyannamədə öz əksini tapıb.

Bəyannamədə insan və narkotiklərin qanunsuz dövriyyəsi, mina təmizləmə sahəsində əməkdaşlıq və yardım da daxil olmaqla regional və qlobal təhlükəsizlik məsələləri üzrə nazirlər səviyyəsində dialoqun davam etdirilməsi, müdafiə sənayesində əməkdaşlığın təşviqi, Müdafiə Akademiyaları və qurumları arasında mütəxəssis və tələbə mübadiləsinin davam etdirilməsi, ortaq narahatlıq doğuran sahələrdə məlumat və ən yaxşı təcrübələrin mübadiləsi sahələrində əməkdaşlıq qeyd olunub.

Back to top button