
“Azərkosmos”un nizamnamə kapitalı artırılıb
Nazirlər Kabinetinin 2022-ci il 26 fevral tarixli 54 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxsin Nizamnaməsi”ndə dəyişiklik edilib.
“Poliqon” xəbər verir ki, bununla bağlı Azərbaycanın Baş naziri Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, “Azərkosmos”un nizamnamə kapitalı artırılaraq, 398 605 880 manatdan 473 605 880 manata çatdırılıb.
TAGS Manşet